29/04/2019
13:18
1278
| A A A
Neftçi 600-cü dəfə məyus oldu

Neftçi Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.

Goal.az xəbər verir ki, Sumqayıt-a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.

1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda Turan-dır – 690 top.

Zeynəb Əliyeva

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5096 səs