05/05/2019
19:47
1854
| A A A
Qarabağ çempion oldu - ardıcıl altıncı dəfə

Azərbaycan Premyer Liqasının 27-ci turunda Qarabağ öz meydanında Səbail-i məğlub edib - 4:0.

Goal.az xəbər verir ki, oyunda hesab 21-ci dəqiqədə açılıb. Miçel Qarabağ-ı hesabda önə keçirib - 1:0.

Mahir Mədətov 42-ci dəqiqədə komandasının üstünlüyünü artırıb - 2:0.

69 və 87-ci dəqiqələrdə vurduğu qolla het-trikə imza atan Mahir komandasının qələbəsində böyük rol oynadı.

Bu qələbə ilə xallarını 63-ə çatdıran Qarabağ sona 1 tur qalmış ən yaxın izləyicisi Neftçi-ni 5 xal qabaqlayaraq çempionluğu rəsmiləşdirib.  

Bu Qarabağ-ın ardıcıl altıncı çempionluğudur. 

Image may contain: 41 people, people smiling, people sitting

Xatırladaq ki, Qarabağ son turda səfərdə Neftçi-nin qonağı olacaq. 

Azərbaycan Premyer Liqası

27-ci tur

Qarabağ - Səbail - 4:0

Qollar: Miçel 21', Mahir Mədətov 42', 69', 87'

Əliyeva Zeynəb

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15253 səs