07/05/2019
12:21
1834
| A A A
PFL mükafatlandırma mərasiminin vaxtını və yerini açıqladı

Azərbaycan Premyer Liqasının və 1-ci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.

Goal.az PFL-in saytına istinadən xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.

Premyer Liqada sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi 8-ci km stadionunda reallaşacaq. 

Birinci divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşündə məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medalalrını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün 1-ci divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17776 səs