23/05/2019
16:27
2194
| A A A
Neftçi-nin 1 rəqibi müəyyənləşdi

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda keçiriləcək. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs