"Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək" - Voislav Stankoviç
"Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək".
Goal.az xəbər verir ki, bunu Neftçi-nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
36 yaşlı müdafiəçi bildirib ki, cənubi azərbaycanlı oyunçu da Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".
Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. Sabah-la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm". (report)