Polşalı məşqçi: “Neftçi-ni səhvlərə məcbur etdik”
Neftçi-ni səhvlərə məcbur etdik, asanlıqla qol imkanları yaratdıq”.
Goal.az xəbər verir ki, bunu Polşanın Medz Legnitsa klubunun baş məşqçisi Qzeqorj Mokri Neftçi-yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib.
38 yaşlı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan təmsilçisi ilə baş tutan qarşılaşmanı yüksək qiymətləndirib: Neftçi-yə qarşı çox yaxşı müdafiə olunduq. Çox sayda hücuma yüksək səviyyədə çıxışlarımız oldu. Üstəlik, kifayət qədər qol vəziyyətlərimiz oldu. Neftçi-yə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm. Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”. (report)