Neftçi-nin hücumçusu Kipr klubuna keçdi
"Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirəcək.
Goal.az xəbər verir ki, qanalı forvard "Apollon"la razılaşıb. Bu barədə Limassol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Donyo 2022-ci ilin yanvarından "Neftçi"də çıxış edirdi.