Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Goal.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib.
"Şamaxı" öz meydanında autsayder "Səbail"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu, "Səbail"in yeni baş məşqçisi Şahin Diniyevin Bakı təmsilçisində rəsmi debüt oyunu olub.
Digər matçda isə "Neftçi" səfərdə "Sabah"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Bu nəticədən sonra 3-cü pillədə qərarlaşan "Neftçi" lider "Qarabağ"dan 15, 2-ci yerdə olan "Sabah"dan isə 8 xal geri qalır.
26 yanvar (cümə axşamı)
19:00. “Sabah” – “Neftçi” - 2:0
Qollar: Coy-Lens Mikels, 7-pen. Aleksey Kaşuk, 37
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Bank Respublika Arena
14:00.“Şamaxı” – “Səbail” - 2:1
Qol: Qoba Zapka, 33 (0:1), Emil Qasımov, 57 (1:1), Amil Yunanov, 90-pen. (2:1)
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Şamaxı şəhər stadionu