Yusuf Lavalın Portuqaliya klubuna keçidi rəsmiləşib
Neftçi-dən ayrılan nigeriyalı futbolçu Yusuf Lavalın Portuqaliyanın Arouca klubuna keçidi rəsmiləşib.
Goal.az xəbər verir ki, bu gün səhər saatlarında sözügedən ölkəyə yollanan 25 yaşlı hücumameylli yarımmüdafiəçi 3,5 illik müqaviləyə imza atıb.
Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Yusuf Laval Neftçi-yə 2020-ci ilin yayında Belçika Loceren-indən keçib. (report)