01/02/2023
18:40
3767
| A A A
Yusuf Laval Neftçi-dən ayrılmasının səbəbini açıqlayıb

Qış fasiləsində Neftçi-dən Portuqaliyanın Aruka klubuna transfer olunan Yusuf Laval seçiminin səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, nigeriyalı futbolçu daha böyük uğurlar qazanmaq üçün bu addımı atdığını bildirib.

Portuqaliyalıların “Obaqol” ləqəbi ilə çağırdığı 25 yaşlı hücumçu Aruka-nın heyətində parlaq çıxış edəcəyinə inandığını söyləyib: “Aruka-nı seçdim, çünki azarkeşlərlə çox sıx əlaqəyə malik gözəl klubdur. Komandanın mümkün olan ən yüksək uğuru qazanmasına kömək etmək istəyirəm. Əlimdən gələni edəcəyəm və yaxşı nəticələr üçün mübarizə aparacağam. Burada böyük uğurlar qazanmağı hədəfləyirəm”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI