05/02/2023
15:19
2070
| A A A
Neftçi-də üç itki - Sumqayıt-la oyun öncəsi

"Neftçi" Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"ı qəbul edəcək.

Goal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə üç itki ilə çıxacaq. Klubun həkimi Şaiq Zöhrablı "Neftçi TV"yə verdiyi açıqlamada zədəli futbolçuların durumu haqda danışıb:

"Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi ilə fərdi məşq edirlər. Rəhman Hacıyevin sol baldır əzələsində dartılma var idi. O, zədəsini sağaldıb fərdi hərəkətlərə başlamışdı. İki gün öncə sağ baldır əzələsində ağrı hiss etdi. MRT müayinəsindən sonra məlum oldu ki, sağ baldır əzələsində də dartılma var. Yenidən onun müalicəsinə başlanılıb. 2-3 günə fərdi məşqlərə başlayacaq.".

"Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün saat 18:30-da baş tutacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI