Premyer Liqasında 21-ci tur davam edir.
Goal.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Zirə" evdə "Qəbələ"ni qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Günün digər oyununda "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
5 fevral (bazar)
18:30. “Neftçi” – “Sumqayıt” - 2:0
Qollar: Solomon Kverkveliya, 54 (1:0), Mateus Saldanya, 64 (2:0)
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bakcell Arena”
16:00. “Zirə” – “Qəbələ” - 2:2
Qollar: Rafael Utziq, 2 (0:1), Dimitrios Çantakias, 15 (1:1), Loris Broqno, 57 (2:1), Felipe Santos, 78 (2:2)
Reallaşdırılmayan penalti: Rəhim Sadıxov ("Zirə"), 23 - qapıçı
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu