06/02/2023
12:23
2254
| A A A
Neftçi-də itki

Neftçi-nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

Goal.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.

Neftçi-nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI