15/02/2023
21:58
1179
| A A A
Neftçi-də rəsmi ayrılıq

Neftçi futbolçusu Gilyerme Pato ilə vidalaşıb.

Goal.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Neftçi-yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI