Premyer Liqa: Neftçi Səbail-i darmadağın edib
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Goal.az xəbər verir ki, Neftçi "Bakcell Arena"da Səbail-i darmadağın edib - 3:0.
Hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə kapitan Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Son nöqtəni isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya qoyub.
Bu qələbə ilə xallarını 48-ə çatdıran Neftçi 3-cü pillədəki mövqeyini möhkəmlədib. 16 xalı olan Səbail isə sonuncu sırada qalıb.