Neftçi-dən Braziliya klubuna
Bir neçə gün əvvəl Neftçi-dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.
Goal.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin Figeyrense komandasına keçib.
Bu barədə lubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə bağlayıb.
Xatırladaq ki, 2022-ci ilin yanvarında Neftçi-yə transfer olunmuş Gilyerme Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qol vurub.