Neftçi Qarabağ-la heç-heçəyə razılaşdı
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Goal.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. Mərkəzi görüşdə lider "Qarabağ" 3-cü yerdə olan "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"la xal fərqini 9-a yüksəldib.
"Qarabağ" bu mövsüm "Neftçi"yə qarşı keçirdiyi bundan əvvəlki hər iki görüşdə qələbə qazanıb - 3:1, 4:0.
“Qarabağ”– “Neftçi” - 1:1
Qollar: Kilan Lebon, 33 (0:1), Höccət Haqverdi, 83-avtoqol (1:1)