08/05/2019
16:44
1175
| A A A
PSG-nin kapitanı sıradan çıxdı

Fransa çempionu PSG ciddi itki ilə üzləşib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Tiaqo Silva uzun müddətə sıradan çıxıb.

Dizindən əməliyyat olunan futbolçu cari mövsümdə bir daha meydana çıxa bilməyəcəyi bildirilir. Onun iyunun 13-dən iyulun 7-dək keçiriləcək Amerika Kubokunu da buraxacağı ehtimal olunur.

Qeyd edək ki, 33 yaşlı braziliyalı futbolçu cari mövsümdə PSG ilə bütün turnirlər çərçivəsində 39 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17775 səs