08/05/2019
17:13
2470
| A A A
Neymar: "Sən kimsən ki, mənimlə danışırsan?"

PSG-də problemlər bitmir.

Goal.az-ın "Le Parisien" nəşrinə istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Tomas Tuxellə futbolçular arasında məlum qalmaqaldan sonra bu dəfə Neymar diqqət mərkəzinə düşüb. Braziliyalı futbolçunun Montpellier-ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra paltardəyişmə otağında Yulian Drakslerlə mübahisə etdiyi məlum olub. Məğlubiyyəti həzm edə bilməyən Neymar almaniyalı yarımmüdafiəçiyə "Sən kimsən ki, mənimlə danışasan?! Sən ancaq geri pas atmağı bilirsən" deyib.

Yalnız Tuxel və klub rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15239 səs