23/05/2019
20:57
5205
| A A A
PSG-dən Juventus-a

PSG-nin müdafiəçisi Markinyos karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Braziliya millisinin üzvü Juventus-la anlaşıb.

25 yaşlı futbolçu "qoca sinyora" ilə danışıqları, demək olar ki, müsbət başa vurub. İndi qalır Fransa klubunu bu keçidə razı salmaq. PSG oyunçunu yalnız 60 milyon avroya sata biləcəyini bəyan edib. Bu keçid üçün Miralem Pyaniçin qarşı tərəfə göndərilməsi istisna edilmir. Çünki bosniyalı yarımmüdafiəçi də PSG-nin maraq dairəsindədir. Juventus-da onun qiymətinin 80 milyon avro olduğunu bildirib. Tərəflər bu dəyişiklikdə anlaşsa, o zaman PSG qarşı tərəfə eyni zamanda 20 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Markinyos 2012-13 mövsümündə İtaliyada Roma-nın formasını geyinib. Futbolçu 6 ildir PSG-də çıxış edir.

(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs