08/09/2019
14:53
6894
| A A A
Fransa millisinin keçmiş futbolçusu Monaco-da

Fransa millisinin keçmiş üzvü Lüdovik Jüli Monaco klubuna qayıdıb.

Goal.az xəbər verir ki, sabiq hücumçu Monaco-nun B komandasının baş məşqçisi David Beşkuranın köməkçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Monaco-nun B komandası Fransanın 4-cü divizionunda mübarizə aparır.

Jüli 1998-2004 və 2011-12-ci illərdə Monaco-da çıxış edib. O, iştirak etdiyi 264 oyunda 67 qol vurub. Jüli Monaco ilə yanaşı, Lyon, Barcelona, Roma və PSG kimi klubların da formasını geyinib. Sabiq hücumçu 17 dəfə də Fransa millisi ilə meydana çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39751 səs