15/09/2019
19:05
6859
| A A A
"PSG-dən ayrılmaq istədiyimi hər kəs bilirdi" - Neymar

Fransa Liqa 1-in 5-ci turunda Strasbourg-u məğlub edən PSG-nin futbolçusu Neymar açıqlama verib.

Goal.az xəbər verir ki, qarşılaşmada yeganə qolu vuran və azarkeşlər tərəfindən fitə basılan Neymar, bunları deyib:

“Azarkeşləri başa düşürəm və onlar üçün çətin olduğunu bilirəm. Ancaq indi mən PSG-nin oyunçusuyam. Karyeramda çox vaxt azarkeşlər tərəfindən fitə basılmışam. Artıq hər oyunu səfərdəymişik kimi oynayacam. Təəssüf, ancaq azarkeşlərə bir şey deməyəcəm.

PSG-dən ayrılmaq istədiyimi hər kəs bilirdi. Bunu demişdim və təkrarlaya da bilərəm. Detallara girmək istəmirəm. Bu səhifə bağlandı. İndi PSG-dəyəm və meydanda bütün gücümü verəcəm”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39709 səs