Bayern Levandovskinin qiymətini açıqladı
Bayern Münich-in hücumçusu Robert Levandovski komandadan ayrılmaq istəyir.
Goal.az xəbər verir ki, polşalı futbolçunun Bayern-lə 2023-ə qədər müqaviləsi var. Bayern Levanı ən azı 50 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, 33 yaşlı forvardla Barcelona, PSG və Chelsea yaxından maraqlanır.