19/06/2022
15:55
2006
| A A A
“Messi məni öldürmək istəyirdi”

PSG-nin və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2021-ci ildə Lionel Messinin Barcelona-da oynadığı Çempionlar Liqası matçı zamanı onunla arasında yaşanan insidentdən danışıb.

Goal.az xəbər verir ki, Paredes, Messinin həmin vaxt çox əsəbiləşdiyini deyib:

“Messi əsəbiləşdi, çünki komanda yoldaşlarıma nəsə dedim və o, məni eşitdi. Çox əsəbiləşdi və hücum etdi. Dəhşətli idi. O, məni öldürmək istəyirdi. Mən isə sadəcə evə getmək istəyirdim.

Həmin hadisədən sonra millidə görüşdük, özünü heç nə olmamış kimi apardı. O, necə bir insan olduğunu göstərdi. Münasibətlər işlək şəkildə davam edirdi. İndi söhbət düşəndə o hadisəni xatırlayıb gülürük”. (matc)