24/06/2022
20:51
2760
| A A A
"Messi futbol tarixinin ən yaxşısıdır"

PSG-nin yarımmüdafiəçisi Ander Herrera açıqlama verib.

Goal.az xəbər verir ki, İspaniya mətbuatına danışan futbolçu komanda yoldaşı Lionel Messini tərifləyib:

"Messi bir mövsümdə 50 qol vurmalıdır. Əks halda, hər kəs ondan danışmağa başlayacaq. Leo Liqa 1-də özünə məxsus rekord qırdı. 10 qolu keçdi və daha 10-unu vursaydı, onun möhtəşəm mövsüm keçirdiyini deyərdilər.

Messi mənim üçün futbol tarixinin ən yaxşısıdır. Onun gündəlik həyatına, azarkeşlərlə davranışına heyranam.

Kilian Mbappe onunla oynamaqdan çox şey qazana bilər. Messi topu lazım olan ünvana çatdıra bilir. Mbappe də sürəti hesabına son nöqtəni qoymaq bacarığındadır. Bu tandem inanılmaz dərəcədə təhlükəlidir".

Messi ötən mövsüm Liqa 1-də 11 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb. (futbolpress)