24/06/2022
23:27
2400
| A A A
PSG-nin prezidenti bəraət aldı – növbəti dəfə

PSG-nin prezidenti Nasser Əl Xələfi İsveçrə məhkəməsi tərəfindən növbəti dəfə bəraət alıb.

Goal.az xəbər verir ki, qətərli iş adamı korrupsiyada ittiham olunurdu. Əl Xələfi həmçinin, FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə Sardiniyadakı bir evdən pulsuz istifadə etmək icazəsi verdiyi üçün qanunsuzluqda günahlandırılırdı. Həmin mənzil 2013-cü ildə Qətər şirkəti tərəfindən alınıb. PSG-nin prezidentinin vəkili Mark Bonnan məsələ ilə bağlı bunu deyib:

“Son illər ərzində edilən böhtan xarakterli ittihamların əsassız olduğu ikinci dəfə ortaya çıxdı”.

Jerom Valke Əl Xələfi ilə əlaqəsi olmayan ayrı-ayrı ittihamlarla məhkum edilib. İsveçrənin federal cinayət məhkəməsi fransalı funksioneri sənədləri dəfələrlə saxtalaşdırmaqda və passiv korrupsiyada təqsirli bilib. O, FİFA-nın baş katibi vəzifəsindən 2015-ci ildə istefa verib. (matc)