PSG-dən Juventus-a
Juventus yay transfer pəncərəsində yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etmək istəyir.
Goal.az xəbər verir ki, Turin klubu PSG-nin yarımmüdafiəçisi Leandro Paredeslə yaxından maraqlanır. Paredesin PSG ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.
PSG argentinalı futbolçu üçün Juve-dən ən azı 17 milyon avro tələb edəcək.