Xavi Simonsun yeni klubu müəyyənləşdi - RƏSMİ
Son klubu PSG olan Xavi Simons karyerasını Niderlandda davam etdirəcək.
Goal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi PSV-yə keçib. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xavi ilə 5 illik müqavilə imzalanıb.
Simons ötən mövsüm PSG ilə 16 oyunda 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.