23/04/2019
21:45
1189
| A A A
Qarabağ Qəbələ-yə uduzdu, Sumqayıt-Zirə matçında bərabərlik - FOTO

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Goal.az-ın məlumatına görə, ilk oyunlar bölgələrdə keçirilib.

Əvvəlcə Qəbələ ilə Qarabağ birincilərin meydanında üz-üzə gəlib. Erkən final sayılan görüşə hər iki komanda itki ilə çıxıb. Qarabağ-da müdafiəçi Yakub Jezniçak, Qəbələ-də isə qapıçı Dmitri Bezotosnı müxtəlif səbəblərdən meydana çıxmayıb. Bu mövsüm Premyer Liqanın bütün oyunlarında rəqibinə məğlub olan Qəbələ həm buna, həm də Ağdam təmsilçisinin ardıcıl qələbələr seriyasına son qoyub. Ceyms Adeniyinin yeganə qolu cavab görüşü öncəsi "qırmızı-qaralar"ı bir addım önə çəkib.

Image may contain: sky, grass, cloud and outdoor

Qəbələ – Qarabağ - 1:0

Qol: Ceyms Adeniyi, 72

Qəbələ şəhər stadionu.

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu

Qəbələ: 1. Anar Nəzirov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Vojislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 77. Donald Gerye, 19. Filip Ozobiç, 99. Reynaldo Silva, 11. Mahir Mədətov

Sumqayıt – Zirə - 0:0

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov (k), 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov



Əliyeva Zeynəb

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33300 səs