23/04/2019
19:49
1455
| A A A
"Çox istəyirdik qalib gələk, ancaq…” – Qurban Qurbanov

“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.

Bu sözləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin Qəbələ-yə səfərdə 0:1 hesabı ilə uduzduqları ilk oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfərdə qələbə qazanmaq istəsələr də, rəqibin ciddi müqaviməti ilə üzləşiblər: “Çempionatda Qəbələ-yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı".

(report.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17388 səs