10/05/2019
13:23
997
| A A A
Qəbələ ili yarım milyon zərərlə tamamladı

"Qəbələ" klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Goal.az-ın məlumatına görə, əyalət təmsilçisinin ötən il gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.

Bilet və abunəlikdən 100 min, UEFA-dan pul mükafatı kimi 1 milyon 658 min manat, digər gəlirlər isə 6 milyon 84 min manat olub.

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 432 min manat, gənclər futbolunun inkişafına 1 milyon 416 min manat, digər xərclərə 6 milyon 455 min manat sərf olunub.

Maliyyə ili üçün ümumi zərər 555 min manat olub.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17389 səs