11/05/2019
23:12
1112
| A A A
Qarabağ-a çempionluq kuboku təqdim edildi - VİDEO

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunun "Neftçi" - "Qarabağ" oyunundan (2:3) sonra mükafatlandırma mərasimi keçirilib.

Goal.az xəbər verir ki, "Bakcel Arena"dakı tədbirdə əvvəlcə mövsümü 3-cü pillədə başa vuran "Səbail"ə bürünc medallar təqdim olunub. Ardınca gümüş medalçı "Neftçi" mükafatlandırılıb.

Sonda isə səhnəyə “Qarabağ” klubu dəvət olunub. Ağdam təmsilçisi qızıl medallarını aldıqdan sonra kapitan Rəşad Sadıqov çempionluq kubokunu 2 ay öncə komandadan ayrılan, ancaq birinciliyi qeyd etmək üçün Bakıya gələn Ansi Aqolliyə verib. Albaniyalı futbolçu isə kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs