21/05/2019
11:36
937
| A A A
Qəbələ 3 legioneri ilə yolları ayırdı

Azərbaycan kubokunun qalibi "Qəbələ" heyətində "təmizləmə işləri"nə başlayıb.

Goal.az xəbər verir ki, "qırmızı-qaralar" artıq 3 əcnəbi futbolçu ilə yollarını ayırıb.

Bunu "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinə açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı deyib. O bildirib ki, yarımmüdafiəçilər Sabien Lilay, Lalavele Atakora və hücumçu Stiven Jozef Monroz yola salınıb. Adıçəkilən oyunçularla başa çatan müqavilə müddəti yenilənməyib: "Bu futbolçularla yeni sözləşmə imzalanmayacaq. Həm bəzi şərtlər, həm də mövsüm ərzində göstərdikləri oyuna görə belə qərar verilib".

Klub rəsmisi müqavilə müddəti başa çatan digər futbolçularla bağlı isə hələ qərar vermədiklərini vurğulayıb: "Digərləri ilə bizə ayrılan büdcəyə uyğun olaraq danışıq aparılacaq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33299 səs