AFFA Qəbələ-ni cəzalandırdı
Misli Premyer Liqasının 13-cü turunun Qəbələ – Zirə oyunu meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.
Goal.az xəbər verir ki, Premyer Liqanın 12 turunun Sabah –Qəbələ oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, Qəbələ-nin azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.
Bu səbəbdən çempionatın 13-cü turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşlərinin stadiona girişi qadağan edilib.