22/11/2022
20:02
3090
| A A A
Azərbaycan Kuboku: Qəbələ"1/4 finala yüksələrək Qarabağ-a rəqib olub

"Qəbələ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Goal.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda 1/8 finalda I Divizion təmsilçisi "Araz Naxçıvan"la üz-üzə gəlib.

"Qırmızı-qaralar" rəqibini 5:0 hesabı ilə üstələyib. Qolları 29-cu dəqiqədə Məqsəd İsayev, 56-cı dəqiqədə Ramon Maçado, 60-cı dəqiqədə İsnik Alimi, 63-cü dəqiqədə Felipe Santos və 73-cü dəqiqədə Ülvi İsgəndərov vurub.

"Qəbələ" növbəti raundda "Qarabağ"la üz-üzə gələcək.

Günün ilk matçlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0 hesabı ilə yenib.

Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI