Qəbələ Çexiya klubuna qarşı yoxlama oyuna çıxır
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən Qəbələ bu gün növbəti yoxlama oyununu keçirəcək.
Goal.az xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxacaq. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi Teplitse olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.