Mərakeşli futbolçu Qəbələ-yə keçib
Qəbələ-nin Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaş ilə razılaşdığı dəqiqləşib.
Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunda "Zirə" ilə matçdan (2:2) sonra açıqlamasında bildirib. O, 25 yaşlı yarımmüdafiəçinin karyerasını Əyalət təmsilçisində davam etdirəcəyini deyib:
“Bəli, onunla razılaşmışıq. Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.