06/02/2023
18:51
2115
| A A A
Qəbələ ilk transferini reallaşdırdı

“Qəbələ” klubu qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Goal.az xəbər verir ki, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıblar.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI