06/05/2019
10:38
1504
| A A A
Almeyda: "Neftçi"nin çempion olması mümkün deyil

Qarabağ Azərbaycan premyer Liqasının 27-ci turunda Səbail üzərində qazandığı 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirib.

Goal.az xəbər verir ki, Qarabağ-ın futbolçusu Riçard Almeyda qarşılaşmadan sonra fikirlərini bölüşüb.

"Gözəl hisslərdir. Mən Qarabağ-a qayıdanda Neftçi-dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq”.

30 yaşlı yarımmüdafiəçi komandasının uğur qazanmasının səbəbindən söz açıb: "Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. Neftçi-nin çempion olması mümkün deyil. Ancaq çempionluq son oyuna qalsaydı, hər şey tamam fərqli ola bilərdi".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs