06/05/2019
16:19
1403
| A A A
Mahirdən ikinci het-trik, 30-cu qol

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb.

Goal.az xəbər verir ki, bu, XXVII turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib. Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov mövsümdə ikinci dəfə het-trik müəllifi olub. O, XIII turun “Keşlə”ylə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ” futbolçularının hesabındadır. XIV turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub.

Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamətdar olub. Hücumçu Premyer Liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub. (PFL)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33299 səs