07/05/2019
11:52
1953
| A A A
Qarabağ-ın legioneri yeni müqavilə təklifini qəbul etmədi

Qarabağ-ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.

Goal.az xəbər verir ki, 30 yaşlı isveçrəli hücumçu bu barədə “Bilck” portalına bildirib. Emeqaranın sözlərinə görə, Ağdam təmsilçisinin irəli sürdüyü şərtlər onu qane etməyib. Lakin Nigeriya əsilli forvard məsələnin hələ açıq qaldığını vurğulayıb: “Görək, nə baş verir”.

Qeyd edək ki, 2014/2015 mövsümündə də Qarabağ-da çıxış etmiş İnnosent Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə Premyer Liqada 11 oyuna 5 qol vurub. Avrokubokda iştirak etdiyi 3 matçda isə Emeqara 1 dəfə qırmızı vərəqə görməklə diqqət mərkəzinə düşüb. Ötən ilin sonunda zədələndiyi üçün əməliyyat olunan forvard əsas heyətdəki yerini itirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34132 səs