07/05/2019
13:17
2258
| A A A
Miçel və Qarabağ-a ağır cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Goal.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan Qarabağ – Qəbələ (2:1) görüşündəki neqativ hallara hüquqi qiymət verilib.

Qəbələ-nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra Qarabağ-ın yarımmüdafiəçisi Miçel aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırlıb, klub 3200 manat cərimə olunub.

Qarşılaşmanın 75-ci dəqiqəsində Qəbələ-nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozub. Bu üzdən texniki zonadan kənarlaşdırılan Qurbanov final oyununu tribunadan izləməli olacaq. Bu, həmçinin "qırmızı-qaralar"ın 800 manatlıq cərimə olunmasına səbəb olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33299 səs