07/05/2019
21:15
2218
| A A A
Qarabağ afrikalı qapıçı ilə maraqlanır

Cənubi Afrika Respublikası (CAR) millisinin qapıçısı Darren Kit karyerasını Azərbaycanda davam etdirə bilər.

Goal.az-ın yerli "sowetanlive" saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı qolkiper "Qarabağ"ın diqqət mərkəzindədir. "Bidvest Vits" klubunda çıxış edən qapıçının 2 ay öncə Ağdam təmsilçisinin maraq dairəsinə düşdüyü iddia olunur.

Mövsümün sonunda hazırkı komandası ilə müqaviləsi başa çatacaq Kit orada qalmaq istəmir. Onun mayın 11-də CAR Premyer Liqasının sonuncu turunun “Qolden Errouz”la səfər matçından sonra "Bidvest Vits"i tərk edəcəyi gözlənilir. Təcrübəli qolkiperlə yerli "Kayzer Çifs" klubunun da maraqlandığı bildirilir.

Qeyd edək ki, 2013-cü ildən CAR yığmasına çağırılan D. Kit burada 8 oyun keçirib.

(Qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17093 səs