11/05/2019
09:51
878
| A A A
Topaz Premyer Liqasında mövsümə yekun vurulur

Bu gün Topaz Premyer Liqasında mövsümə yekun vurulacaq.

Goal.az xəbər verir ki, son turun bütün oyunları eyni gündə baş tutacaq.

Əvvəlcə üçüncü pilləni təmin etmiş “Səbail” “Keşlə”ni qəbul edəcək. Avtandil Hacıyevin komandası sonuncu olacağı dəqiqləşmiş rəqibi ilə oyunda mövsümü major notda başa vurmaq üçün qələbə əzmində olacaq.

Bundan bir saat sonra iki görüşün start fiti səslənəcək. “Sabah” “Zirə” ilə oynayacaqsa, “Qəbələ” “Sumqayıt” səfərinə yollanacaq. Ölkə kubokunun finalında bir-birinə rəqib olacaq komandaların dueli xüsusi maraqla gözlənilir. Tərəflər Naxçıvandakı həlledici oyundan əvvəl bir-birilərinin güclü və zəif tərəflərinə bələd olmağa çalışacaqlar.

Turun mərkəzi görüşü isə saat 18:00-da start götürəcək. Ardıcıl altıncı çempionluğu ötən tur təmin etmiş “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq qarşılaşma prinsipiallığı ilə əlamatdardır. “Neftçi” son anda çempionluğu qapdırdığı rəqibi qarşısında qələbə qazanaraq azarkeşləri önündə az da olsa təsəlli tapmaq istəyir. “Qarabağ” isə birinciliyini qələbə ilə taclandırmaq niyyətindədir.

Topaz Premyer Liqası

XXVIII tur

11 may (şənbə)

15:00. “Səbail” – “Keşlə”

“ASCO Arena”. Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov

16:00. “Sabah” – “Zirə”

“Əlincə Arena”. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

16:00. “Sumqayıt” – “Qəbələ”

“Kapital Bank Arena”. Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov

18:00. “Neftçi” – “Qarabağ”

“Bakcell Arena”. Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33187 səs