11/05/2019
11:50
7279
| A A A
Azərbaycan futbolunda ilk - Neftçi-dən Qarabağ-la oyunda şok addım

Azərbaycan Premyer Liqasının XXVIII turunda Qarabağ-ı qəbul edəcək Neftçi oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Goal.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində Neftçi-nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq Qarabağ qızıl, Neftçi gümüş, Səbail isə bürünc medal alacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs