11/05/2019
14:47
25444
| A A A
Chelsea və Arsenal azarkeşlərinə xəbərdarlıq edildi: "Azərbaycanda terror riski var"

ArsenalChelsea azarkeşlərinə Azərbaycanda terror hücumlarına məruz qala biləcəkləri ehtimalı ilə bağlı xəbərdarlıq edilib. 

Goal.az xəbər verir ki, Londonun hər 2 klubu mayın 29-unda Bakıda keçiriləcək Avropa Liqası finalına vəsiqə qazanıb.

Mirror nəşri Qarabağ-ın (Çempionlar Liqası və Avropa Liqası zamanı ev oyunlarını keçirmişdi) ev oyunlarını keçirdiyi stadion kimi təqdim etdiyi Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı üçün "topçular"ın və "zadəganlar"ın azarkeşləri üçün ayrı-ayrılıqda 6 min yer ayrıldığını yazıb. Bakıya səyahət etməyi planlaşdıran azarkeşlərin isə sayının daha çox olacağı xüsusi qeyd edilib.

Britaniyanın Xarici İşlər Nazirliyi terrorçuların Azərbaycana hücum etməyə cəhd edə biləcəyini yazıb. Bu səbəbdən də fanatlara terror ehtimalına qarşı həssas davranış tövsiyyə olunub.

Beynəlxalq otellərin, restoran və pabların, eyni zamanda əhalinin çox olduğu yerlərdən uzaq durulması məsləhət görülüb. Hər hansı hadisə ilə üzləşdikləri zaman 102-yə zəng etmələri, başa düşmədikləri hər hansısa bir sənədi imzalamamaqları tapşırılıb.

Azərbaycanda rüşvətin geniş  yayıldığı vurğulanıb və azarkeşlərə rüşvət verməməli olduqları xatırladılıb. 

Açıqlamada həmçinin qeyd olunub ki, Arsenal-ın oyunçusu Henrik Mxıtyaryan Bakıda ermənilərin təhlükəsizliyi səbəbindən matçı buraxa bilər. erməni futbolçu daha əvvəl 2 dəfə - 2015-ci ildə Borussia Dortmund, mövsümün əvvəlində isə Arsenal-la səfər oyunlarında iştirak edə bilməyib.

Birləşmiş Krallıq Bakıda kriminal səviyyənin yüksək olmadığını bildirsə də, gecə vaxtı bar və klub yaxınlığında diqqətli olmaq lazım olduğunu vurğulayıb.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17776 səs