Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Goal.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib. "Sabah" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. Görüşdə sürpriz nəticə qeydə alınıb. "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın mövsümdə 2-ci məğlubiyyətidir. Komandanın 16 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyulub. "Sabah" sonuncu dəfə 6-cı turda "Qarabağ"a uduzmuşdu - 3:4.
Turun son matçında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gəlib. "Qarabağ" "Zirə"nin kapitanı Qismət Alıyevin avtoqolu ilə minimal hesablı qələbə qazanıb.
Bu oyunlardan sonra lider "Qarabağ"la 2-ci yerdəki "Sabah" arasındakı xal fərqi 8-ə çatıb.
19 fevral (bazar)
19:00. “Zirə” – “Qarabağ” - 0:1
Qol: Qismət Alıyev, 87-avtoqol (0:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
16:30. “Sabah” - “Turan Tovuz” - 0:2
Qollar: Natan Oduva, 11, Ayxan Quseynov, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
“Bank Respublika Arena”