20/02/2023
15:00
3134
| A A A
Gent Qarabağ-la oyun ərəfəsində problemlə üzləşib

Belçikanın Gent klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Qarabağ-la keçiriləcək cavab oyunu ərəfəsində problemlə üzləşib.

Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis ölkə çempionatında Oud-Heverlee Leuven üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra zədəlilərin çoxluğundan şikayətlənib: “İndi avrokubok matçı öncəsi çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək Gent – Qarabağ oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI