Qarabağ-da şok itki: 4 həftə oynamayacaq
"Qarabağ"ın futbolçusu Marko Yankoviç sıradan çıxıb.
Goal.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş futbolçu həkim müayinəsindən keçib. Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.