"Qarabağ"ın sol cinahı xüsusilə təhlükəlidir" - Jülyen De Sart
Qarabağ hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı xüsusilə təhlükəlidir".
Goal.az xəbər verir ki, bunu Gent-in futbolçusu Jülyen De Sart Belçikada Qarabağ-a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın Avropa Liqası səviyyəsində komanda olduğunu bildirib: "Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm".
Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (report)